Sevgi
Göyün sevgisini duymasa əgər,
Torpaq boylanarmı üzü göylərə?
Ruhları doğmadır iki sevənin,
Aid ola bilməz eşq ögeylərə.
Dərya fırtanaya sinə gərirsə,
Dəniz çalxanırsa, eşq var canında.
Müdrik görünsə də lal axan çaylar,
Qar damarındadır, şaxta qanında.
Eşq vüsala doğru gedən yoldadır,
Qarşıda əngəl var, vuruş var hər an.
Sevginin ölmünə verər fərmanı,
Aşiq məşuquyla birləşən zaman.
Səninlə evlənmək istəmirəm mən,
Eşqi məhv eyləyər izdivacımız.
Səndən ayrilmağa qərar vermirəm,
Sevgini söndürər bu amacımız.
Elçi göndərəcəm sənə, sevgilim,
Etiraz eyləsin qoy, böyüklərin.
Çöllərə düşəcəm divanə olub,
Tutub yaxasından sərt küləklərin.
Elbəyi Cəlaloğlu
Şairin Sitemizdeki Diğer Şiirleri
Yorumlar
Henüz kimse tarafından yorum yapılmamış.
Yorum Yaz