Sevgi dünyası
Eşqə düşən səy ağıldır,
Şirin layla, yuxusu var.
Bu sevgi də bir nağıldır,
Qoru, qorxu, qoxusu var.
Səyahətdə, həm səfərdə,
Zədə alar hər zəfərdə,
İçər şərbət, lap zəhər də,
Toyu, toru, toxusu var.
Zora salar zoru, goru,
Gora gedər gözün nuru,
Çəm çəp gəlsə çıxar şoru,
Çorun azı, çoxusu var.
Sevib, sevilmək söz deyil,
Duyum, durum, durusu var.
Ağladanda, güldürəndə
Gözün nəmi, qurusu var.
Dillərdə Amin duası,
Sevənlərin öz dünyası,
Bəd baxtın tutular yası,
Hüseyn, oxay, oxusu var.
~~~~~~~~~~~~~~~~~~
02.01.2013 - cü il
Şairin Sitemizdeki Diğer Şiirleri
Yorumlar
Henüz kimse tarafından yorum yapılmamış.
Yorum Yaz