Bugün 19 Nisan 2025 Cumartesi, aşkların en güzeline...

Aşk Şiirleri



Sevgilim .... Sən mənim üçün ünvansız bir liman, dayanacaqsan. Kimliyi bilinməz naməlum və məchul o şəxs...
Bilmirəm hardasan !?
Bəlkə çox yaxında, ya uzaqdasan?
Yad eldə - obada , ya da yoldasan.
Nə zaman bilinməz görüş zamanı,
Qəlblərin tükənməz o intizarı.
Ya da qovuşmanın ilkin o anı.
Səbirsiz bu qəlbim gözləməkdədir
Həmin o ölümsüz ,sonsuz zamanı.
Səni o tanrıdan diləməkdədir.
Sanmaki bu qəlbim sevgi həvəskarıdır ,
Yadaki bir oğlan tamahkarıdır.
Mənim bu könlüm yalnız təkliyinin düşmanıdır. O təkcə usanıb , yaman bezibdir yalqızlığından. O həm dünyadan , həmdəki yardan olubdur tənhalığının ucbatından.Tənhalıq sanki əl çəkmir məndən. Bölüşmək istəmir məni heç kimsə ilə. Bu səbəbdən də yar etməz məni heç kimə. O məni bağrına basıbdır yaman, sanki ayrılmarıq biz onla heç zaman.

Bəzən düşünürəm mən dönə-dönə,
Ağlımdan keçirsən sən birdən-birə.
Haqsızlıqmı etdim mən sənə deyə,
Bulanır fikirlər , həm düşüncələr .

Nədəndir özümdə bilmirəm hələ ,
Səni unutsam belə, sevirəm yenə .
Görəsən məlhəmim varmıdır deyə ,
Ümidim sənədir təbibim mənim .

İstər öldür məni, istərsən güldür,
İstərsən qəlbim də sənin mülkündür.
Gözümün gördüyü nursa gücündür,
Ruhumda , beynimdə sənin yükündür.

by Nermin Halil

 
0 oy, 0.00 puan

Şairin Sitemizdeki Diğer Şiirleri

Sevgilim ..... (563 kez okundu)

Yorumlar

Henüz kimse tarafından yorum yapılmamış.

Yorum Yaz

Adınız:
Mesajınız:
 

Love.GEN.TR, Aşk ve Sevgi Sitesi
Tüm Hakları Saklıdır © 2004 - 2021